01

10

002

21

dle-joomla.ru
Не дорогие шаблоны dle качайте бесплатно.

Xroniki degenerativ xəstəliklərə və onların müalicəsinə biolojı təbabətin yanaşması 

Əli Əlizadə, həkim-homotoksikoloq, Bioloji Təbabət klinikası, Bakı. 

1318094204 artrit1 Xroniki degenerativ xəstəliklər zamanı simptomlar nə zaman üzə çıxır? Bu sualın cavabına Bioloji Təbabət prizmasında yanaşsaq, deyə bilərik ki, toksiki maddələrlə yüklənmələr illər boyu orqanizm tərəfmdən neytrallaşdırılır. Lakin bu yuklənmələr həddindən artıq olduqda və ya orqanizmin kompensator imkanları tükəndikdə simptomlar üzə çıxır. Bioloji tənzimləyici terapiyanın nəzəriyəsinə görə, xəstəlik və simptomlar xəstəliyin Rekkeveq cədvəlinə sasən (hansı fazada olması) araşdırılır. 

Bu zaman toksiki yüklənmələr, pH balansımn pozulması, maneə ocaqları, konstitusional zəiflik və s. nəzərə alınır. Xroniki xəstəliyin gedişi hansı səbəbdən yaranmasından asılı olmayaraq pasientlin konstitusional tipindən asılıdır. Bir çox xəstəliklər idiopatikdir, yəni onların səbəbləri məlum deyil. Maraqlısı budur ki, pasientin müayinəsinə Bioloji Təbabət prizmasından yanaşdıqda həkimin çoxlu açıqlamaları olsa da, konkret diaqnoz oymaqda çətinlik çəkir. Allopatik təbabət hər xəstəlik üçün bir səbəb axtarır. Əgər səbəb tapılmayıbsa, onda " naməlum etiologiyalı "adlandırılır və terapiya yalnız simptomatik aparılır. Bu, о deməkdir ki, xəstəliyin simptomları müalicə olunur.

Məsələn: • Bütün autoimmun xəstəliklərdə; 

• Artroz kimi ağır xroniki degenerativ xəstəlikdə; 

• Xroniki damar xəstəliklərində; 

• Xroniki qara ciyər xəstəliklərində; 

• Şiş xəstəliklərində; 

• Bir çox allergik xəstəliklərdə; 

• "Yeni xəstəlik " adlanan xroniki yorğunluqda; 

• Bir çox endogen psixi xəstəliklərdə (məs: depressiya). 

 

Bioloji Təbabət həkiminin yanaşmasında bu xəstəliklərin səbəbinin yarısı tapıldıqda xəstəliyin bir hissəsini müalicə etmək mümkündür. Bioloji Təbabətdə xəstəlik ümumi şəkil kimi deyil, çoxlu fərdi səbəblər kimi müalicə olunur. Allopatik təbabətdə diaqnoza uyğun müalicələr aparılır, diaqnozdan kənara  çıxılmır, bu pis cəhət olmasa da, bu halda xəstə deyil, diaqnoza əsasən xəstəlik müalicə edilir. Bununla da həkimlər yaradıcılıq xüsusiyyətlərini itirmiş olurlar. 

Xəstəyə fərdi yanaşma prinsipi pozulur. 

 Orqanizmin kompensator funksiyasmı tükədən əsas bloklardan biri maneə ocaqlarıdır. Maneə ocaqları ya xəstəliyi yaradır, ya da onu bir az da ğırlaşdırır. Bəzən onlar iltihab ocağının səbəbi ola bilir, ocaq sahəsində görünməsə də, mezenxima və ya meredianlar vasitəsi ilə təsir edə bilir, xəstəliyin gedişi zaman anatomik dəyişikliklər və ya simptomlar vasitəsi ilə özlərini biruzə verirlər. 

Orqanizmin düzənini pozan, kompensator funksiyalarını tükədən əsas bloklar bunlardır: 

1. Maneə ocaqları (məs: kariesli dişlər, dişlərdə olan metallar,çapıqlar, infeksiya ocaqları və s.) 

2. Bakteriyalar, viruslar, parazitlər, göbələklər və onların toksinlərl 

3. Mezenximanın həddən artıq turşulaşması (şlaklaşma). 

4. Sərbəst radikalların toplanması. 

 

Müasir z’manəmizin bioloji təbabət üzrə məşhur həkimi prof. Dr. T. Rauya görə iki tez-tez rast gəlinən tənzimləmə blokadası bunlardır: 

1. Diş və denial ağır metal yüklənmələri. 

2. Qidalar vasitəsilə bağırsaqlarda toplanan 

toksinlər və bağırsaq pozğunluqları. 

Dr. T.Rau xroniki xəstəliyi çoxlu kiçik daşlardan ibarət 

mozaikaya bənzədir. Şəkildən çoxlu daşlar qopduqca 

əsər daha çox itməyə başlayır. Bir daş bir şəkil yaratmadığı 

kimi bir səbəb də xəstəliyin hamısı demək deyil. 

Maneə ocaqları ən çox xroniki xəstəliklərin fonunda yaranır. 

Ən çox rast gəlinən maneə ocaqları bunlardır: 

• Qidalanmayan dişlər 

• Köhnə yaralar 

• Badamcıqlarda və ya sinuslarda olan xroniki 

iltihablar 

• Xroniki bağırsaq xəstəlikləri 

• Qadınlarda doğuşdan sonrakı çapıqlar 

Yuxanda qeyd olunan maneə ocaqlarmm nəticəsi olaraq, 

bu xəstəliklərə daha tez-tez rast gəlirik. 

• Mono, oliqo, poliartritlər, digər oynaq 

xəstəlikləri 

• Xroniki baş ağrıları 

• Nevralgiya 

• Bağırsaq pozğunluqları 

Xəstəlik - orqanizmdə zəifləmiş 

regenerasiya qabiliyyəti və inkişaf edən 

degenerasiyanın ifadəsidir (Dr.T.Rau) 

Osteoartrozlar, osteoporozlar, serroz və s. tipik degenerasiya 

xəstəliklərinə aid olan xəstəliklərdir. Bunlar 

adətən, ahıl xıstəlikləridir, lakin son illərdə degenerasiya 

və şiş xəstəliklərinə cavan insanlarda da çox rast gəlinir. 

Bu xəstəlikləri Bioloji Təbabət metodları ilə orqanizmin 

geriləmiş aktivliyini bərpa edərək, onun endotoksin - 

ekskresiya imkanlarmi stimulə edərək, yəni Dr.T.Raunun 

təbirincə desək, zəifləmiş regenerasiya bacarığını 

gücləndirib, inkişaf etməkdə olan degenerasiyanı 

zəiflətməklə xəstənin vəziyyətini yaxşılaşdırmaq olar. 

Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da 

ən çox rast gəlinən ağır degenerativ xəstəliklərdən biri 

osteoartrozlar və artroza səbəb olan xəstəliklərdir. Artrozlara 

səbəb olan xəstəliklərə misal olaraq revmatoidli 

artritləri, infeksion artritləri, Reyter sindromu. postravmatik 

artrozları, mensk yırtıqları və s. göstərmək olar. 

Defarmasiyaedici osteoartroz onurğa sütununun və 

ətraf oynaqlarının distrofik dəyişikliyi ilə müşahidə olunan 

xəstəliyidir. Bu xəstəliyin əsasında oynaq qığırdağının 

degenerasiyası, yəni, tam məhv olması durar. Bu cür 

ağır degenerativ bir xəstəliyin müalicəsi zamanı allopatik 

təbabətin edə biləcəyi əsas iş xəstənin ağrısını aradan 

götürməyə yönəlir. Yəni iltihab əleyhinə ağrıkəsicilərdən, 

hormonal preparatlardan geniş istifadə olunur. Bəzən 

oynaq boşluğuna hormonal preparatlar və ya sinovial 

mayenin əvəzediciləri yeridilir ki, bu da xəstədə tez bir 

zamanda ağrıların kəsilməsinə, hərəkətin bərpa olunmasma 

gətirib çıxarır. Lakin ağrının azalması hələ sağalmaq 

demək deyil. Ağrıların bu üsullarla dayandırılması 

xəstəliyin daha da dərinləşməsinə səbəb olur. Agrının 

olması zədələnmiş orqanm və ya toxumanın həyəcan 

səsidir. Oynaqda olan ağrının qəflətən dayandırılması 

zamanı xəstə rahat hərəkət etməyə başlayır, nəticədə 

qidalanması pozulmuş, artıq degenerasiyaya məruz 

qalmış oynaq qeyri-adekvat yüklənmə nəticəsində 

tamamilə dağılır. Bioloji üsullarla müalicə zamanı Almaniyada 

istehsal olunmuş bioloji dərman preparatlarından 

istifadə olunur. Bu kompleks homeopatik preparatlarının 

komponentləri bitki ekstraktları, minerallar, 

heyvan mənşəli dərman maddələridir. 

Regenerasiyanı artırmaq məqsədi ilə geniş istifadə 

edilən PRP (Platelet Rich Plasma) metodunu bioloji preparatlarla 

birlikdə istifadə edərək daha yüksək müalicə 

effekti əldə etmək olur. Bu üsulun üstünlükləri ondan 

ibarətdir ki, angiogenezi aktivləşdirir, xondrositlərə, osteoblastlara 

və mezenximal hüceyrələrə mutagen təsir 

göstərmir, entotelial hüceyrələrin, fibroblastların proliferasiyasnı 

aktivləşdirir və s. 

Bütün bu üsullarla və bir neçə daha yeni bioloji üsullardan 

istifadə edərək osteoartrozlarda degenerasiya 

prosesini regenerasiya prosesinə çevirmək mümkün 

olur. Seyrəlmiş qığırdaq toxuma lifləri sıxlaşır, qığırdağın 

elastikliyi artrozun dərəcəsindən, xəstənin çəkisindən 

və yaşından asılı olaraq hissəvi və ya tam bərpa olur. 

  

 

Praktiki fəaliyyət

01.jpg02.jpg03.jpg04.jpg