01

10

002

21

Məqalələr

dle-joomla.ru
Не дорогие шаблоны dle качайте бесплатно.

Revmatoid artrit

04artRA-mürəkkəb autoimmun patogenezinə malik olub, naməlum etiologiyalı birləşdirici toxuma xəstəliyidir. Bu xəstəlik oynağın sinovial qişasının iltihabı ilə başlanır və oynağın tam dağılmasına səbəb olur. Əsasən bu xəstəlik ilk başlanğıc dövrdə ciddiyə olunmur, uzunmüddətli ağrılarla müşayət olunur, sonradan ömürlük şikəstliyə qədər gətirib çıxarır.

Etiologiyasında əksər autoimmun xəstəliklər kimi 3 əsas faktoru qeyd edə bilərik (buna Revmatoid triadası da deyilir) :

•  İrsi meyillilik (autoimmun reaksiyalara qarşı)

•  İnfeksion faktor:

•  Epşteyn-Barr virusu

•  Retrovirus-T limfotrop virus və s.

•  Təkan faktorları:

•  Intoksikasiya, endokrinopatiya

Patogenez: RA patogenezi kökündə limfasitlərin T-supressor funksiyasının defisiti nəticəsində autoimmun prosesin determinasiyası durur. Bu zaman naməlum etioloji faktor immun cavab reaksiyası əmələ gətirir. Sinovial qişa T-limfasitlərlə, makrofaqlarla, plazmatik hüceyrələrlə iltihablaşır. Makrofaqlarla T-limfositlərin qarşılıqlı təsiri nəticəsində immun cavab əldə edilir, T-limfasitlər aktivləşir. Aktivləşmiş T-limfositlər B-limfositlərin proliferasiyasını və plazmatik hüceyrələrə differensiyasiyasını stimulyasiya edir, nəticədə sinovial qişa, plazmatik hüceyrələri aqreqasiya olunmuş IgG o/d-nə səbəb olur ki, o da öz növbəsində o/g-nə səbəb olur ki, o da öz növbəsində immun sistem tərəfindən yad cisim antigeni kimi qəbul olunur, və sinovial plazmatik hüceyrələri, limfatik düyünlər ona qarşı antitel hazırlamağa başlayır.

Kliniki inkişafı:

1. Ən çox ras gəlinən forma – yarımkəskin gedişli formadır, adətən poliartrit şəklində keçir.

2. Bir qədər az rast gəlinən forma kəskin gedişli formadır. Əsasən poliartrit əlamətləri ilə müşayət olunur, bəzən isə ilkin simptomlar oynaqdan kənar əlamətlərlə başlanır.

3. Az hallarda rast gəlinən forma – ləng gedişli formadır. Xəstəliyin çox ləng inkişafı ilə xarakterikdir, əsasən mono və oliqo artrit şəklində təsadüf olunur.

Artritlər zamanı patanatomik dəyişikliklərin baş verməsi xəstəliyin dərinliyindən və müddətindən asılıdır. İltihabı prosesə ola bilər ki, eyni vaxtda oynağın bütün komponentləri qoşulsun (sümük, qığırdaq, sinovial qişa, sinovial maye, bağlar) ancaq, əsasən xəstəlik başlanğıc dövrdə eksudativ sinovit şəklində başlanır (sinoviartrit). Bu zaman oynaq kisəsi şişkinləşir, ağrılı olur, oynağın hərarəti artır. Sonradan xəstəlik xəstəlik ağırlaşdıqca hüceyrələrin sürətli bölünməsi nəticəsində sinovial qişa qalınlaşır. Daha sonra isə qığırdaq və sonradan sümük toxuması zədələnir, deformasiya baş verir, ağrılar şiddətlənir, oynağın funksiyası itir.

Son Beynəlxalq Təsnifata əsasən 4 kliniki növü vardır.

•  Yalnız oynaq sindromun ilə (artrit və poliartrit fomrasında)

•  Sistem əlamətləri, oynaqlardan əlavə müxtəlif daxili orqanləarın zədələnməsi ilə gedən RA, psevdoseptik və Felti sindromu

•  Deformasiyaedici OsteoArtroz və birləşdirici toxumanın diffuz xəstəlikləri ilə müştərək keçən RA.

•  Yuvenil RA (Still xəstəliyi)

Şikayətləri: oynaqlarda daimi ağrılar, ən əsas səhər hərəkət məhdudluğunun olması (“Səhər buxovlanması”). Hərəkət zamanı ağrılar artır, bir müddət məcburi hərəkətlərdən sonra ağrılar nisbətən azalır. RA-də oynaq sindromu monotonluğu, davamlılığı, müalicədən sonra qalıq əlamətlərinin uzun müddət qalması ilə fərqlənir.

Digər tez-tez rast gəlinən simptomlar:

•  Yorğunluq

•  Qrip simptomlarına bənzər hal, çox da yüksək olmayan hərarət

•  Çox oturduqda ağrıların artması

•  Əzələ ağrıları

•  Depresiya

 

Diaqnostikası:

Xəstəliyin ilkin dövründə istifadə olunan laborator instrumental müayinələr:

•  Qanın ümumi analizi

•  S-reaktiv zülalin səviyyəsi (SRZ)

•  Revmatoid faktorun titri (RF)

Xəstəliyin güman olunan başlanğıc dövründən 1 il sonra SRZ və RF təyini diaqnostik əhəmiyyəti daşımır. Bu zaman xəstəliyin diaqnostikasında istifadə olunan laborator instrumental müayinələr:

•  Qanın ümumi analizi

•  Anti CCP (Siklik Sitrulin Peptid Antiteli)

•  Anti MC (Modifikasiya olunmuş sitrulinli vimentinə qarşı antitel)

•  R-qrafik müayinə

Bunlardan başqa RA xəstəliyinin ən dəqiq və ilkin diaqnostikası HLA (Human Lenkosyte A-antigens) ilə aparılır. (Məs. HLA-B27 Bexterev xəstəliyində, HLA DR4 revmatoid artritdə, HLA B5-Yuvenil revmatoid artritdə)

 

Müalicə:

Xəstəliyin müalicəsi indiyədək allopatik müalicədə tətbiq olunan qlukokortikosteroidlər (hormonal preparatlar), və müxtəlif ağrıkəsicilərvasitəsi ilə aparılırdı. Bu da bildiyimiz kimi bir çox arzuolunmaz nəticələrə gətirib çıxarırdı. Hal hazırda tətbiq olunan müalicə Almaniyada istehsal olunmuş, yüksək keyfiyyətli, tam ziyansız antihomotoksik, izopatik və homeopatik dərman preparatları ilə aparılır. Hətta uzun illər kimyəvi preparatlarla müalicə alib, hormonal preparatlardan asılılıqdan tam azad olunması və xəstənin normal həyata qayıtması bizim istifadə etdiyimiz preparatlar vasitəsi ilə mümkündür. Bu sahədə bir çox inanılmaz yeniliklərə imza atmışıq. Bütün terapevtlərin və revmatoloqların Revmatoidli artritlərin müalicəsi zamanı rastlaşdıqları ən böyük çətinlik qanda eritrositlərin çökmə sürətinin (EÇS) davamlı yüksək olmasıdır (50-80 mm/saat). Hətta uzun müddət qlükokortikoidlərdən (prednizalon, deksametazon, metipred, diprospan) istifadə olunması EÇS-in səviyyəsinin əsaslı və davamlı enməsinə gətirib çıxara bilmir. Bioloji üsullarla müalicə zamanı bütün xəstələrdə EÇS-in sürətlə enməsi müşahidə olunur. Yanaşı olaraq böyrəküstü vəzin funksiyasını stimulyasiya etməklə xəstəni hormonal asılılıqdan xilas etmək mümkündür. Bu müalicə üsulundan bütün əyalət xəstəxanalarında və poliklinikalarında terapevt və revmatoloqlar istifadə etməklə Revmatoidli artritlərin müalicəsində daha gözəl və böyük nəticələr əldə edə bilərlər.

 

 

 

 

 

 

 

Praktiki fəaliyyət

01.jpg02.jpg03.jpg04.jpg